IMG-LOGO

Havada tozun miqdarı normadan artıqdır

21 Aug 2024 09:13 153 baxış
IMG

Hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır:

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti