IMG-LOGO

Məhəmməd Salah "Liverpul"la olan müqavilə müddətini artırmayacaq

20 Aug 2024 22:18 168 baxış
IMG

İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah cari mövsümün sonu komandanı tərk edəcək.

"Report" "Echo"ya istinadən xəbər verir ki, tərəflər arasında müqavilə müddəti uzadılmayacaq.

Misirli futbolçunun hazırkı sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, bu müddət ərzində 350 matçda 212 qol vurub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti