IMG-LOGO

"Sumqayıt" Belarus klubunun avrokubok oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirməsinə razılıq verib

20.08.2024 15:16 30 baxış
IMG

"Sumqayıt" Belarusun "Dinamo" (Minsk) klubunun avrokuboklardakı ev oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirməsinə razılıq verib.

Bu barədə "Report"a "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev məlumat verib.

O, Belarus təmsilçisinin artıq rəsmi şəkildə müraciət etdiyini və hazırda danışıqlar aparıldığını vurğulayıb:

"Dinamo" klubu tərəfindən qrup oyunlarını Sumqayıt şəhər stadionunda keçirməsi ilə bağlı bizə rəsmi müraciət olunub. Onlara ilkin mərhələdə müsbət cavab vermişik, danışıqlar hazırda davam edir. Stadionda qrup oyunlarının keçirilməsi məsələsi olduğuna görə UEFA da danışıqlar prosesinə qoşulub. Bu səbədən qurum tərəfindən stadionda daha bir dəfə yoxlama aparılacaq. Məncə problem olmamalıdır, icazə veriləcək. İki tərəf arasında razılıq əldə olunacağı təqdirdə Minsk klubu qrup oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda keçirə bilər".

Qeyd edək ki, "Dinamo" Avropa Liqasının pley-off mərhələsində Belçika klubu "Anderlext"lə qarşılaşacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti