Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Yosip Stanişiç bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiya millisinin 24 yaşlı üzvü bazar ertəsi Münhen komandası ilə məşq zamanı sağ dizindən ciddi zədə alıb.
Qeyd edək ki, Y.Stanişiç ötən mövsüm icarə əsasında "Bayer 04"də oynayıb, Bundesliqa çempionluğunu və Almaniya Kubokunu qazanıb. Leverkuzen klubunun heyətində 40 matça çıxan futbolçu hesabına 4 qol və 6 məhsuldar ötürmə yazdırıb.
Bizim Telegram kanalımıza abunə olun