IMG-LOGO

Bakıda avtomobil piyadanı vuraraq xəsarət yetirib

20 Aug 2024 05:43 217 baxış
IMG

Bakının Sabunçu rayonunda 20 yaşlı gənc yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, 2004-cü il təvəllüdlü Hüseynov İlyas Nəsimi oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti