İngiltərənin "Tottenhem" klubunun futbolçusu Oliver Skipp komandası ilə vidalaşıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqaya vəsiqə qazanan "Lester"lə anlaşıb.
O, 2029-cu ilə qədər "tülkülər"in şərəfini qoruyacaq.
Qeyd edək ki, İngiltərənin U-21 millisinin də üzvü olan O.Skipp son olaraq icarə əsasında "Norviç"də çıxış edib.
Bizim Telegram kanalımıza abunə olun