21 yaşadək futbolçulardan ibarət Fransa millisinin baş məşqçisi Tyerri Anri vəzifəsindən ayrılıb.
"Report" xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
47 yaşlı mütəxəssis yığmanı öz istəyi ilə tərk edib.
Qeyd edək ki, Fransanın U-21 millisi Anrinin rəhbərliyi altında Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb. "Xoruzlar" həlledici görüşdə İspaniya millisinə 3:5 hesabı ilə uduzaraq ikinci yerlə kifayətləniblər.
Bizim WhatsApp kanalımıza abunə olun