IMG-LOGO

AVF Qaxda 16 yaşadək voleybolçu qızlar üçün düşərgə təşkil edib

19.08.2024 17:12 40 baxış
IMG

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən növbəti dəfə 16 yaşadək qızlar üçün düşərgə təşkil olunub.

"Report" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı Qaxda baş tutur.

22 idmançıya yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma rəhbərlik edir.

16 yaşadək (U-16) qızlardan ibarət komandanın formalaşdırılması məqsədi ilə təşkil olunan və avqustun 26-dək davam edəcək düşərgə fiziki və texniki məşqlərdən ibarətdir.

Həmçinin qızlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma yığması üçün müxtəlif proqramlar həyata keçirilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti