IMG-LOGO

Goranboyda qəza -Xəsarət alanlar var

18 Aug 2024 09:04 234 baxış
IMG

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Goranboy-Goran yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusun qarşısına digər avtomobil çıxıb.

Nəticədə idarəetmədən çıxan mikroavtobus yol nişanına çırpılıb.

Qəza zamanı 4 nəfər - Saatlı rayon sakinləri 2006-cı il təvəllüdlü Aygün Cəfərova, 2000-ci il təvəlllüdlü Könül Məmmədova,1980-ci il təvəllüdlü Səkinə Yaqubova və 1965-ci il təvəllüdlü Səlvinaz Müsrəddinova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Məlumata görə, qəzaya düşən şəxslər yaxınlarının andiçmə mərasiminə gedirləşmiş. Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti