Şəmkir sakinini evində ehtiyatsızlıqdan elektrik cəryanı vuraraq öldürüb.
Lent.az xəbər verir ki, hadisə Keçili kəndində qeydə alınıb.
Kənd sakini 53 yaşlı D.Məmmədov yaşadığı evdə ehtiyatsızlıqdan elektrik naqilinə toxunub. Bu zamanı onu cərəyan vurub.
53 yaşlı kişi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır./APA
Mənbə: lent.az