IMG-LOGO

Abşeronda restoran yanıb

17 Aug 2024 08:41 149 baxış
IMG

Abşeron rayonunda restoranda yanğın olub.

Lent.az xəbər verir ki, hadisə Xıdalan qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən "Abşeron City" restoranının ikinci mərtəbəsində qeydə alınıb.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın zamanı restoranın mühafizəçisi Rasim Paşayev tüstüdən zəhərlənib. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Yanğın söndürülüb.

Mənbə: lent.az

Xəbər lenti