IMG-LOGO

Mingəçevirdə həftə ərzində 5 uşağa ağır xəstəlik diaqnozu qoyuldu

16 Nov 2023 20:33 94 baxış
IMG

Son bir həftə ərzində 5 nəfər (4-ü oğlan, 1-i qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib. Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub.  

Mənbə: lent.az

Xəbər lenti