IMG-LOGO

Azərbaycanlı kişi ilə evlənən qadına cinayət işi AÇILDI

16.08.2024 11:47 101 baxış
IMG

Udmurtiyada qadın Azərbaycanlının qeydiyyata düşməsi üçün onunla qondarma nikaha daxil olmaqda şübhəli bilinir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, faktla bağlı 22 yaşlı xanıma qarşı Cinayət Məcəlləsinin 322.1-ci (Qanunsuz miqrasiyanın təşkili) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, bu nikah ailə üçün deyil, azərbaycanlıya Rusiyada məhdudiyyətsiz yaşamaq icazəsi kimi imtiyazlar əldə etmək məqsədilə yaradılıb və müəyyən şərtlər əsasında, yəni qondarma olub.

Qadına başqa yerə getməmək barədə şərti cəza verilib. Hazırda o, nikahın ləğvi təşəbbüsü ilə çıxış edib.

Xəbər lenti