Əməkdar artist, xanəndə Nigar Şabanova qonaq olduğu sosial proqramlardan birində maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o avtomobil idarə etməyi çox sevdiyini, bahalı avtomobillərə önəm verdiyini deyib.
“Son model “Range Rover” markalı avtomobil almaq istəyirəm, amma hələ onu almağa imkanım yoxdur. Çünki bahadır.İndi sürdüyüm maşının 100 min manta qiyməti var”,- deyə o bildirib.
"Belə bir atalar sözü var ki, “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Əvvəllər belə şeylərə önəm vermirdim, amma zaman keçdikcə gördüm ki, əgər müəyyən qədər tanınmağa başlayırsansa, adın dillərə düşürsə və qiyməti ucuz olan avtomobillə toya gəlirsənsə, sənə qəribə baxırlar. İlk avtomobilim “Sportage” markalı maşın idi. Ondan sonra gördüm ki, mənə bitəhər baxırlar. Xoşuma gəlməyən bir-iki nüanslar oldu, ondan sonra avtomobilimi dəyişdim. Getdim 100 minlik avtomobil aldım”,- deyən Nigar tez- tez cərimə verdiyini də bildirib.
“Cərimələrim çox olur. Amma buna görə müəyyən yerlərə zəng etmirəm. İstər 20, istər 50, lap 100 manat olsun, özüm ödəyirəm. Sonuncu dəfə sürət həddini aşdığıma görə 80 manat cərimə gəlib”.