İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışda olan iki nəfər İstanbulda saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, ingilis Mohammad Zakir və çin əsilli Çen Xuefenf “Kafes-20” əməliyyatı çərçivəsində tutulub.
M.Zakir narkotikin yayılmasına, Ç.Xuefeng isə ağır yaralamaya görə axtarılırdı.
A.Yerlikaya beynəlxalq və milli təhlükəsizliyə təhdid yaradan bütün ünsürlərə qarşı mübarizənin davam edəcəyini bildirib.