IMG-LOGO

“Real Madrid” UEFA Superkubokunun QALİBİ OLDU

15 Aug 2024 01:01 173 baxış
IMG

UEFA Superkuboku uğrunda keçirilən matçda İspaniyanın “Real Madrid” komandası ilə İtaliyanın “Atalanta”sı qarşılaşıb.

Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Madrid təmsilçisi rəqibini üstələməyi bacarıb – 2:0.

Oyunun 59-cu dəqiqəsində Federiko Valverde hesabı açıb.

Qarşılaşmanın 69-cu dəqiqəsində isə Killian Mbappe matçın yekun hesabını müəyyənləşdirib.

Bununla da “Real Madrid” tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanıb.  

Mənbə: lent.az

Xəbər lenti