IMG-LOGO

Gənc müəllim özünü binadan atdı

14 Dec 2023 16:15 181 baxış
IMG

Türkiyədə müəllim intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Trabzonun Akçaabat qəsəbəsində baş verib. Orta məktəbdə çalışan 28 yaşlı müəllim Merve Zengin binanın 7-ci mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq, həyatına son qoyub.

İntihar edən qadının bir müddət əvvəl Ağrı şəhərindən Trabzona təyinata göndərildiyi bildirilir.

Araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti