IMG-LOGO

Ögey oğlunu zəncirlə bağlayıb, məftillə döydü

13.08.2024 13:55 100 baxış
IMG

Rusiyanın Primorsk diyarında kişi sevgilisinin oğluna işgəncə verdiyinə görə mühakimə olunur.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Primoryenin Çuqevski rayonunda baş verib. İstintaq müəyyən edib ki, 39 yaşlı kişi 17 yaşlı ögey oğlunu zorla evin yanındakı qaraja sürükləyib, orada onu boynundan zəcirlə dirəyə zəncirləyib, sonra isə məftillə döyüb. Həmçinin oğlanın əllərini və ağzını lentlə bağlayıb.

Yeniyetmə bir neçə saat qarajda qalıb. Onun qışqırtılarını qonşusu eşidib və azad olunmasına kömək edib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə "Qanunsuz azadlıqdan məhrum etmə" ilə iş mahiyyəti üzrə baxılması üçün Çuqevski rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti