Türkiyədə ər keçmiş arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. Küçədə 36 yaşlı Şafak Şahin 1 il əvvəl boşandığı 25 yaşlı Nursena Kazanla rastlaşıb. Aralarında yaranan mübahisə böyüyüb və kişi tapança ilə keçmiş arvadının başına atəş açıb.
Xəstəxanaya yerləşdirilən 4 yaşlı qız anası orada ölüb.
Şafak Şahin isə cinayəti törətdiyi silahla birgə saxlanılıb.