Bakıda kişi tanışına qayçı ilə xəsarət yetirib.
Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində baş verib. Kazımov Valeh Samir oğlu mübahisə zamanı tanışı İbrahimov Kamal İsmayıl oğlunun sinəsinə qayçı ilə zərbə vuraraq xəsarət yetirib.
V. Kazımov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.