“WhatsApp” mesajlaşma proqramı yeni funksiyasını təqdim edib.
Lent.az xəbər verir ki, artıq “WhatsApp” qruplarından müəyyən vaxt ərzində ayrılmaq mümkün olacaq.
“WhatsApp” messencerində istifadəçilər bütün iştirakçılar üçün qrup çatlarında mesajları bağlaya biləcək yeni funksiyaya malikdir.
İstifadəçilər mesajın bağlanacağı üç müddətə çıxış əldə edəcəklər: 24 saat, 7 və 30 gün.
Seçilmiş müddət bitdikdən sonra o, istifadəçi avtomatik olaraq qrupdan ayrılacaq. Bundan əlavə, istifadəçilər istənilən vaxt mesajı müstəqil şəkildə ləğv etmək imkanı əldə edəcək.
Yeni funksiya artıq ən son “WhatsApp” yeniləməsi ilə işləyən iOS cihazlarının istifadəçiləri üçün əlçatandır.
Mütəxəssislər qeyd ediblər ki, yeni funksiyanı əldə etməyən bəzi hesablar yaxın həftələrdə ona giriş əldə edəcək.