Türkiyədə kişi küçədə qətlə yetirilib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Tekirdağ şəhərinin çorlu qəsəbəsində baş verib. 29 yaşlı Sunay Sorqun arvadı ilə kafedən çıxıb evə gedərkən yolda Y.Ç. və Ş.Ö. ilə qarşılaşıb. Sorqun onların arvadına baxdığını iddia edərək mübahisə yaradıb. Ətrafda olanlar araya girərək mübahisənin davaya çevrilməsinin qarşısını alıblar.
Lakin Y.Ç. bir az sonra arvadı ilə evlərinə gedən Sorqunu ürəyindən bıçaqlayaraq qaçıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs həbs edilib.