IMG-LOGO

Azərbaycan pambıq mahlıcı istehsalını 20 %-ə yaxın artırıb

28 Nov 2026 10:32 3 baxış
IMG

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 66 min 933,7 ton pambıq mahlıcı istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 % çoxdur.

Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 15 min 220,3 ton hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 97 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 33 % çoxdur.

Mənbə: report.az

Xəbər lenti