ABŞ-nin Fars körfəzi bölgəsində yerləşən hərbi qüvvələri İrandan daha uzağa - İsrail və İordaniyadakı bazalara köçürə bilər.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Xüsusən Amerika hərbi qulluqçularının əvvəllər ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığına (CENTCOM) tabe olan 5-ci operativ donanmanın ön qərargahının yerləşdiyi Bəhreyndəki bazanı tərk edəcəyi gözlənilir.
Əvvəllər orada 8 000-dən çox hərbçi yerləşirdi. Lakin müharibə zamanı İranın davamlı zərbələri və sonrakı döyüş əməliyyatları səbəbindən baza faktiki olaraq boşdur. Onun gələcəyi qeyri-müəyyəndir, lakin ABŞ ordusu qonşu İranın hədəfində olmaq istəmir.
İsrail və İordaniyaya gəldikdə isə, hazırda orada böyük Amerika qoşunu, o cümlədən ABŞ-nin Yaxın Şərqdəki döyüş təyyarələrinin, hava və raketdən müdafiə sistemlərinin əsas hissəsi cəmləşib.
Mənbə: report.az