"Telegram"ın qurucusu Pavel Durov "iPhone" istifadəçilərinə kütləvi haker hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
"Report"un məlumatına görə, bu barədə platforma rəhbəri "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, iOS bir az köhnəlmiş olsa belə, bütün istifadəçi məlumatları təhlükə altındadır. Sadəcə saytı açmaq hücum başlatmaq üçün kifayət edə bilər. "Telegram" sistemin köhnə versiyalarının bütün istifadəçilərinə xəbərdarlıq göndərir.
Messencerin bildirişində deyilir ki, iOS-un köhnəlmiş versiyasında məlumatları və hesabları təhlükəyə atan zəifliklər var. İstifadəçilərə cihazlarını qorumaq üçün əməliyyat sistemini yeniləmələri tövsiyə olunur. Pavel Durov e-poçtun ekran görüntüsünü paylaşaraq, onun geniş yayılmış xarakterini təsdiqləyib.
"Apple" əvvəllər "WebKit" brauzer mühərrikindəki oxşar zəiflikləri aradan qaldırmaq üçün yeniləmələr yayımlayıb. Ötən ilin martında şirkət istifadəçiləri iOS 18.3.2 quraşdırmağa çağırıb. "Apple" şirkətinin məlumatına görə, zərərli veb məzmun brauzerin sandboxundan çıxa və müəyyən şəxslərə qarşı mürəkkəb hücumlarda istifadə edilə bilər.
Mənbə: report.az