İtaliyada bir kişi o qədər öskürüb ki, qabırğası sınb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 54 yaşlı zərərçəkən çox siqaret çəkir və bir neçə il əvvəl döş qəfəsi əzilməsi ilə qəzaya düşüb. Bu, onda xroniki öskürəyin yaranmasına səbəb olub. Növbəti ağrılardan sonra italyan şiddətli sinə ağrısından şikayətlənərək xəstəxanaya müraciət edib.
Müayinə zamanı xəstənin qabırğasının sındığı məlum olub. Həkimlər bunun güclü öskürək səbəbindən baş verdiyini bildiriblər.
Cərrahlar xəstəni əməliyyat ediblər, bundan sonra vəziyyəti yaxşılaşıb.
Kişinin D vitamini çatışmazlığından da əziyyət çəkdiyi, bunun da sümükləri zəiflədən və osteoporoza səbəb ola bildiyi və ağır sınıq riskini artırdığı müəyyən edilib.