ABŞ-nin İrana qarşı hərbi əməliyyatları üçün maliyyələşdirmə 2027-ci ilin yanvarın sonuna qədər təmin edilib.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə "New York Post" qəzetinə müsahibəsində bildirib.
Amerika lideri Demokrat Partiyasının yanvarda Konqresə nəzarəti ələ keçirməsindən sonra İrana qarşı hərbi əməliyyatları davam etdirmək imkanının məhdud ola biləcəyini etiraf edib.
Eyni zamanda, Tramp demokratların münaqişəyə vaxtından əvvəl son qoymağa çalışmayacağına ümid etdiyini bildirib, çünki onun fikrincə, bu, ABŞ-nin əldə etdiyi uğurları ləğv edə bilər.
"Onlar tam qələbəni məğlubiyyətə çevirəcəklər", - Ağ Ev rəhbəri bildirib.
Tramp həmçinin vurğulayıb ki, onun əsas məqsədi İslam Respublikasında hökumət dəyişikliyi deyil, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Mənbə: report.az