IMG-LOGO

Bu telefonların satışı dayandırılacaq

12.12.2023 11:41 86 baxış
IMG

Tanınmış “Sony” şirkəti bir zamanlar dəbdə olan “Xperia” telefon modellərinin satışını dayandırmağı qərar verib. 

Lent.az “PhoneArena”a istinadən xəbər verir ki, yapon korporasiyası 2024-cü ildə rəsmi olaraq bu smartfonların satışını dayandıracaq. 

Buna baxmayaraq şirkət smartfon bazarını tərk etməyəcək. Çox güman ki, İT nəhəngi “Sony” və ya “Sony Phone” adlı yeni cihaz xəttini təqdim edəcək. Ehtimal olunur ki, 2025-ci ildə korporasiya yeni dizaynla bazara qayıdacaq. Xüsusilə, bu  smartfonlarda qabaq panelin altında gizlədilmiş ön kamera alacaq.

Qeyd edək ki, qlobal bazarda bu firma təxminən 0,35 faiz paya malikdir və 14-cü yerdədir.

“Xperia” ticarət nişanı 2008-ci ildə satışa çıxarılıb. Bu marka altında buraxılan ilk smartfon “Xperia X1” idi. Bundan əvvəl şirkət “Sony Ericsson” brendi altında telefonlar istehsal edirdi.

Xəbər lenti