Rusiyanın Sankt-Peterburq şəhərinin Nevski rayon sakininin mənzilinə basqın olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, 46 yaşlı Azərbaycan vətəndaşına qarşı Cinayət Məcəlləsinin 132-ci (seksual xarakterli zorakılıq hərəkətlər etmə) və Cinayət Məcəlləsinin 139-cu (evə qanunsuz daxil olma) maddələri ilə ittiham irəli sürülüb.
İstintaqın məlumatına görə, iyulun 24-ə keçən gecə o, Oktyabr sahilindəki evin birinci mərtəbəsindəki açıq pəncərədən içəri daxil olub. 52 yaşlı evdar qadına hücum edib.
Hazırda araşdırma aparılır.