IMG-LOGO

Keçmiş bələdiyyə sədri sui-qəsdlə öldürüldü

27.07.2024 17:18 81 baxış
IMG

Türkiyədə keçmiş bələdiyyə sədrinə sui-qəsd edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sakarya şəhərinin Ferizli qəsəbəsində baş verib. Qəsəbənin 2009-2019-cu illər bələdiyyə sədri olan 64 yaşlı Ahmet Soğuk şəxsi avtomobili ilə hərəkətdə olarkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Nəticədə avtomobil idarəetmədən çıxaraq, yol kənarına düşüb. Maşından yaralı halda çətinliklə düşən Ahmet Soğuk yerə yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri onun öldüyünü müəyyən ediblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti