Rusiyanın Moskva vilayətində üç nəfər taksi sürücüsü işləyən digər miqrantları qaçıraraq onlara işgəncə verib.
Lent.az yerli mediaya istinadla bildirir ki, iyulun 21-də axşam saatlarında Odintsovo rayonunun Rojnovka fermasının yaxınlığında cinayətkarlar 27 yaşlı iki sürücüyə hücum ediblər. Onları döyüblər və bıçaqla hədələyərək xarici avtomobilə mindiriblər. Cinayətkarlar zərərçəkənləri yaxınlıqdakı tərk edilmiş binaya apararaq, orada döyüb, pul tələb ediblər.
Heç bir nəticə əldə olunmadan taksi sürücülərinin əlləri bağlanıb və onları kamera qarşısında qeyri-ənənəvi cinsi oriyentasiyalarını etiraf etməyə məcbur olunub.
Daha sonra oğrular videonu silmək üçün yenidən pul tələb ediblər. Bu dəfə zərərçəkənlər məbləğin bir hissəsini qəsbkarların kartına köçürüblər. Bundan sonra onları maşına mindirib, Taqankovo kəndinə aparıblar və orada düşürüblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət törətdiyi iddia edilən şəxslərdən birini saxlayıb.
Faktla bağlı cinayət işi açılıb.