IMG-LOGO

İran Hörmüz boğazı yaxınlığında ABŞ-ın PUA-sını vurdu

16 Nov 2026 22:34 9 baxış
IMG
5 0

İran ordusunun hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus MQ-1 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

Lent.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Amerika pilotsuz uçuş aparatı İranın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Hadisənin dəqiq nə vaxt və harada baş verdiyi barədə məlumat verilməyib.

ABŞ tərəfi İranın iddiasına hələlik münasibət bildirməyib.

irna abş pua

Mənbə: lent.az

Xəbər lenti