IMG-LOGO

Zaqatalada mağaza yandı

16 Nov 2026 20:41 13 baxış
IMG
1 0  

Zaqatala rayonunda qarışıq mallar mağazasında yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb. Kənd sakini Raul Həsənova məxsus, ümumi sahəsi 100 kvadratmetr olan mağazada yanğın başlayıb.

Nəticədə mağazanın dam örtüyünün yanar konstruksiyaları, içərisindəki ərzaq və digər məhsullar yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Hadisələr Zaqatala Yuxarı Çardaqlar yanğın mağaza FHN

Mənbə: lent.az

Xəbər lenti