IMG-LOGO

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

16 Nov 2026 20:50 14 baxış
IMG

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Bakı İdman Sarayında baş tutan NTD - "Naxçıvan" görüşündə Naxçıvan təmsilçisi 84:56 hesablı qələbə qazanıb.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən matçda isə "Sumqayıt" "Ordu"nu 123:88 hesabı ilə məğlub edib.

Xatırladaq ki, VII turun əvvəlki oyunlarında "Sabah" "Neftçi"ni (93:78), "LANDAU Lions" "Gəncə"ni (85:62) məğlub edib.

Mənbə: report.az

Xəbər lenti