IMG-LOGO

Bakıda hündürmərtəbəli binada yanğın baş verdi-FOTO

24.07.2024 04:34 101 baxış
IMG

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Əbdülrəhim bəy Haqverdiyev küçəsində yerləşən yeni tikili binanın 4-cü mərtəbəsində baş verib. Yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.

Dərhal 5 yanğınsöndürmə maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub.

Binanın sakinləri təxliyyə edilib. Yanğın qısa müddətdə tamamilə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Mütəxəssislər yanğının səbəblərini araşdırır.

Xəbər lenti