İyulun 23-də saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 59 yaşlı Mərdan Bağırovun birgə yaşadıqları mənzildə qardaşı 62 yaşlı Sərxan Bağırova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsi, daha sonra isə özünü binadan ataraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
*** 21:03
Abşeronda qardaş qardaşı bıçaqlayaraq öldürüb, daha sonra intihar edib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray MTK-da baş verib.
Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.