IMG-LOGO

Bakıda DƏHŞƏT: Ata uşaqlarını bıçaqlayıb öldürdükdən sonra İNTİHAR ETDİ

23 Jul 2024 05:09 153 baxış
IMG

Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Eyyubov Rza əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub.

Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.

Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər onu cərrahi əməliyyat edib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. Məsələ ilə bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.

Mənbə: lent.az

Xəbər lenti