IMG-LOGO

Lənkəranda qeyri-adi dostluq: Quş xilaskarından ayrılmır -VİDEO

11 Nov 2026 09:45 3 baxış
IMG
1 0

Lənkəranda köçəri quşla onu xilas edən şəxs arasında maraqlı dostluq yaranıb.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, rayon sakini Əbdül Cəfərov yaz aylarında dəniz sahilində uça bilməyən quş balası tapıb.

O, quşu evinə apararaq qayğısına qalıb. Sağaldıqdan sonra uçmağa başlayan quş gündüzlər uzaqlara getsə də, hər axşam xilaskarının həyətinə qayıdır.

Məlum olub ki, quş Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilən nadir ərsin-dimdik növünə aiddir.

Əbdül Cəfərov quşun ona öyrəşdiyini və hər gün geri qayıtmasının artıq adi hala çevrildiyini bildirib.

 

Lənkəran Əbdül Cəfərov köçəri quş ərsin-dimdik Qırmızı Kitab nadir quşlar heyvan sevgisi qeyri-adi dostluq APA TV Lent.az bool(false)

Mənbə: lent.az

Xəbər lenti