IMG-LOGO

Arvadı ilə dalaşan kişi oğlunu vurub öldürdü

20.07.2024 18:08 55 baxış
IMG

Rusiyada kişi arvadından qisas almaq üçün ögey oğlunu döyüb və uşaq xəstəxanada dünyasını dəyişib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Volqoqrad vilayətinin Kamışin şəhərində baş verib. Kişi arvadı ilə mübahisə zamanı uşağın başına bir neçə zərbə endirib.

Məlumata görə, iyulun 19-da kişi arvadı ilə mübahisə edib. Daha sonra qadın evdən çıxıb. Ondan qisas almaq qərarına gələn kişi oğlanın başına bir neçə zərbə vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyiblər. Uşaq kəllə-beyin travmasının nəticəsindən dünyasını dəyişib.

Cinayətkar hüquq-mühafizə orqanlarından gizlənməyə çalışsa da, aşkar edilərək saxlanılıb. Təqsirləndirilən şəxs günahını etiraf edib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (“Azyaşlının öldürülməsi”) ilə cinayət işi başlanıb. Məhkəmə yaxın vaxtlarda həmin şəxsin həbs olunması ilə bağlı vəsatətə baxacaq.

Xəbər lenti