IMG-LOGO

Rayonda ot presi yığan kişi faciəvi şəkildə öldü

20 Jul 2024 10:44 193 baxış
IMG

Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az xəbər verir ki, hadisə iyunun 15-də şəhər ərazisində baş verib. 45 yaşlı Abdullayev Nahid Qurban oğlu ot presi yığarkən yıxılıb. Zərərçəkən ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Görülən tədbirlərə baxmayaraq, N. Abdullayev iyulun 19-da Bakıda yerləşən Neyrocərrahiyyə xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti