Braziliyanın Rio-de-Janeyro ştatının Barra-Mansa bələdiyyəsində normadan artıq dolu avtomobil yoldan çıxaraq gölə düşüb.
"Report"un Braziliya mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtomobildə olan 10 nəfərin hamısı ölüb.
Ölənlər arasında bir körpə, üç uşaq, dörd qadın və iki kişi var. İlkin məlumata görə, ölənlərin hamısı bir ailənin üzvləri olub, onlar Volta Redonda şəhərində yaşayıblar.
Axtarış-xilasetmə əməliyyatında iki dalğıc da daxil olmaqla, təxminən 30 xilasedici iştirak edib. Meyitlər sudan çıxarıldıqdan sonra ekspertizaya göndərilib.
Polisin məlumatına görə, qəza səhər Estrada-Fazenda - Santa Katarina avtomobil yolunda, işıqlandırmanın olmadığı yerdə baş verib.
Qəzanın səbəbi araşdırılır, araşdırma aparılır
Mənbə: report.az