IMG-LOGO

Ebru Şahin əməliyyat olunan ərinin vəziyyətini açıqladı

08 Nov 2026 23:32 2 baxış
IMG
0 0  

Türkiyəli aktrisa Ebru Şahin həyat yoldaşı, basketbolçu Cedi Osmanın əməliyyatından sonra onun səhhəti barədə açıqlama verib.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Yunanıstanın PAOK klubunda çıxış edən basketbolçu dizindəki menisk zədəsi səbəbindən İstanbulda əməliyyat olunub. Həkimlər artroskopik üsulla meniskin bərpasını həyata keçiriblər.

Ebru Şahin əməliyyatın uğurla başa çatdığını bildirib. Aktrisa sosial şəbəkədə həkimlərə və ailəsinin vəziyyəti ilə maraqlananlara təşəkkür edib.

PAOK klubunun açıqlamasına əsasən, basketbolçunun bərpa prosesinin təxminən üç ay davam edəcəyi gözlənilir. Qeyd edək ki, cütlük 2022-ci ildə Şimali Makedoniyada ailə qurub.

 

 

Ebru Şahin Cedi Osman əməliyyat PAOK Türkiyə

Mənbə: lent.az

Xəbər lenti