IMG-LOGO

Kəlbəcərdə həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

16.07.2024 12:30 31 baxış
IMG

Ötən gün Kəlbəcərdə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib.

Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Zaqatala şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib. Mərasimdə hərbçinin ailə üzvləri, qohumları, onun qulluq etdiyi hərbi hissənin bir qrup sabit və əsgər heyəti, Zaqatala rayon İcra Hakimiyyəti aparatının nümayəndələri və rayon ictimaiyyəti iştirak edib. Vida mərasimindən sonra Y. Abbasov Zaqatala şəhər qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçumuz Yunis Abbasov Kəlbəcərdə uçqun altında qalaraq vəfat edib. Mərhum üç övlad atası idi./APA

Xəbər lenti