IMG-LOGO

“Nəsib bəy Yusifbəyli əslində başqa yerdə qətlə yetirilib” – Məhkəmə sədri sirri açır

20 Jul 2026 12:10 7 baxış
IMG
0 0

Əməkdar hüquqşünas İkram Kərimov APA-nın “Əsrin yaşıdı” layihəsində

Layihənin on beşinci yazısı

Dosye: İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Şimal-Şərq bölgəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.

Dörd kitab müəllifidir.

Lent.az həmin müsahibədən bir hissəni təqdim edir: 

Nəsib bəy Yusifbəyli Kürdəmir ərazisində qətlə yetirilməyib

- Adətən insanlar yaşa dolanda özləri ilə bağlı hesabat verirlər, həm də bu, hüquqla bağlı işdir.

- Mən elə hesab edirəm ki, gələcək nəsillər üçün dörd kitabı qoyub gedirəm. Bəlkə gələcəkdə beş oldu. Mən o kitablarda istintaqçı necə olmalıdır yazmışam. Mən hansı ictimai formasiyada istintaqçı necə olmalıdır müqayisəsi aparmamışam. Konkret faktlar göstərmişəm. Onları bu gün də yoxlasınız, həmən qiyməti verə bilərsiniz. Onların heç bir formasiyaya aidiyyəti yoxdur. İkincisi, insan özü dərk etməlidir ki, nə dərəcədə ədalətli və qanunun aliliyini göstərməklə işləyib. Çox vaxt elə hesab edirlər ki, müstəntiq kimisə ifşa etmək üçün işləyir. Elə deyil. Biz həqiqəti aşkar etmək üçün iş aparırıq. Bəlkə birinin oğlunu öldürüblərsə, mən onu aşkar edirəmsə, öldürən tərəf üçün ədalətsiz adamam, öldürülən tərəf üçün ədalətli, belə şey yoxdur. Biz aşkar edib ortalığa çıxarırıq və buna qiymət veririk. Bizim işimiz Həsəni, Məmmədi suçlamaq deyil, ədaləti ortaya çıxarmaqdır. Arxeoloqlar qazıntı işləri aparıb keçmişdə baş vermiş hadisəni bərpa etməyə çalışırlar. Müstəntiq də hadisəni olduğu kimi bərpa edən şəxsdir.

- Yeri gəlmişkən, keçmişdə baş vermiş məşhur bir cinayət işini araşdırmaq istəmisiniz? Misal üçün Ərəblinskinin qətli.

- Cavan olsaydım istəyərdim (gülür).

- Bəs Nəsib bəy Yusifbəylinin ölümü?.. Kürdəmir yolunda müəmmalı şəkildə qətlə yetirilib (İkram müəllimin Kürdəmirdən olduğunu nəzərə alıb bu cinayəti də nümunə gətirirəm).

- Nəsib bəy Yusifbəylinin qətli ilə bağlı müxtəlif versiyalar var. O gedərkən əlində çamadan olub. Mənim eşitdiyim versiyaya görə, bu əhvalat Kürdəmirdə olmayıb. Rayonun adını çəkmirəm. Kürdəmirdən xeyli aralı, Gəncə istiqamətində bir rayonun kəndində olub. Nəsib bəy Yusifbəyli dostunun evində gecələyib. Dostu da hesab edib ki, yəqin çamadanındakı puldur, ona görə öldürüb, çamadanı açanda da görüb ki, şəxsi əşyaları və sənədlərdir. Bu versiya nə dərəcədə ağlabatandır, deyə bilmərəm, amma belə eşitmişəm.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti