IMG-LOGO

Britaniyanı təzədən quracaq yeni baş nazir gəlir

20 Jul 2026 14:44 10 baxış
IMG
1 0

Böyük Mançesterin meri kimi tanınan Endi Börnham Böyük Britaniyanın son on ildə yeddinci baş naziri olmağa hazırlaşır. O, Kir Starmeri əvəz edəcək.

Lent.az Reuters - ə istinadən xəbər verir ki, “Şimalın kralı” ləqəbi ilə tanınan Börnham ölkədə həyat səviyyəsini yüksəltməyi, dövlət xidmətlərindəki problemləri aradan qaldırmağı və siyasi sistemi əsaslı şəkildə dəyişdirməyi vəd edib.

Yeni baş nazir fəaliyyətinin əsas istiqamətlərindən birinin yaşayış xərcləri böhranı ilə mübarizə olacağını bildirib. O, Britaniyada sabit və məsuliyyətli siyasət dövrünü başlatmaq niyyətində olduğunu vurğulayıb.

Börnhamın qarşısında duran ilk mühüm vəzifələrdən biri yeni hökumətin tərkibini formalaşdırmaqdır. Britaniya mediasında maliyyə naziri vəzifəsinə keçmiş energetika naziri Ed Milibend və daxili işlər naziri Şabana Mahmudun namizədliyi müzakirə olunur. Son məlumatlara görə, Şabana Mahmud bu vəzifəyə əsas namizədlərdən biri hesab edilir. Börnham isə hələ yekun qərar vermədiyini açıqlayıb.

Yeni hökumətin ilk addımlarından birinin rəqəmsal şəxsiyyət vəsiqəsi layihəsindən imtina edilməsi olacağı gözlənilir. Layihəyə 2026–2029-cu illər ərzində ayrılması nəzərdə tutulan 1,8 milyard funt-sterlinqin daha vacib sosial və iqtisadi istiqamətlərə yönəldilməsi planlaşdırılır.

Börnhamın kommunal xidmətlər üzərində dövlət nəzarətini artıracağı, maliyyə çətinliyi yaşayan “Thames Water” kimi şirkətlərlə bağlı sərt tədbirlər görəcəyi də bildirilir.

Leyboristlər Partiyasında Börnhamın yüksəlişinə ölkədə güclənən populist qüvvələrə, xüsusilə “Reform UK” partiyasına qarşı mübarizədə mühüm dönüş nöqtəsi kimi baxılır. Yeni Baş nazirin iqtisadi islahatlarla yanaşı regionların inkişafına və hakimiyyət səlahiyyətlərinin London xaricində bölüşdürülməsinə üstünlük verəcəyi gözlənilir.

 

 

Böyük Britaniya Endi Börnham Kir Starmer Baş nazir Leyboristlər Partiyası London Britaniya siyasəti Reuters

Mənbə: lent.az

Xəbər lenti