IMG-LOGO

Arvadını çəkiclə döyən kişi həbsdə öldü

16.07.2024 10:27 101 baxış
IMG

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum İlqar Məhərrəm oğlu Piriyev dünyasını dəyişib.    

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, İlqar Piriyev arvadını çəkiclə döyməkdə təqsirli bilinərək həbs edilib. 

Məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Xəbər lenti