IMG-LOGO

Bakı metrosunda qatarlar yubandı

16 Jul 2024 09:17 299 baxış
IMG

Dərnəgül" stansiyasında maşinist monitorunda "qapıların bağlanmaması" işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladaqdan sonra idarəetmə sistemi yanlış göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.

 

Bakı metropolitenindən Lent.az-a verilən məlumata görə, xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər, qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb.

“Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.

Mənbə: lent.az

Xəbər lenti