IMG-LOGO

Tarixin ən romantik 10 sevgi məktubu

10.07.2024 13:12 52 baxış
IMG

Sevgi həmişə var olub və olacaq. Hər dövrdə sevgi öncə sözlərlə izhar edilib, sevgi məktubları yazılıb.

Lent.az tarix boyu məşhur şəxslərin yazdığı 10 ən romantik sevgi məktubunu təqdim edir.

Məşhur britaniyalı müğənni Conni Keşin həyat yoldaşı Juna yazdığı qısa ad günü mesajı bütün zamanların ən gözəl sevgi məktubu seçilib. Birinci yerdə bu məktub gəlir. Cash 1994-cü ildə həyat yoldaşının 65 illik yubileyində yazdığı məktubda “Biz yaşlandıq və bir-birimizə öyrəşdik. Eyni şəkildə düşünürük və bir-birimizin fikrini oxuyuruq. Biz bir-birimizin nə istədiyini soruşmağa ehtiyac duymadan bilirik. Bəzən bir-birimizin əsəblərini sıxırıq. Bəzən münasibətlərimizin dəyərini unuduruq. Ancaq bəzi günlər, bu gün olduğu kimi, bu barədə düşünürəm və həyatımı tanıdığım ən gözəl qadınla keçirdiyim üçün nə qədər şanslı olduğumu anlayıram. Sən hələ də məni valeh edirsən və ruhlandırırsan. Məni daha yaxşı insan edirsən. Sən mənim bütün arzularımın obyektisən, bu dünyada varlığımın ilkin səbəbisən. Mən səni çox sevirəm" yazıb.

İkinci yerdə Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin adı qərarlaşıb.Uinston Çörçillin həyat yoldaşı Klementin Çörçilə 1935-ci ildə yazdığı məktubda "Sənə olan sevgim heç vaxt ölməyəcək" yazılıb.

Üçüncü yerdə məşhur şair Con Ketsin adı qərarlaşıb. Con Ketsin qonşusu Fanni Brauna yazdığı 1819-cu il tarixli məktubda “Sənsiz yaşaya bilməzdim” ifadəsi yer alıb.

Ernest Heminqueyin adı dördüncü yerdə gəlir. 1951-ci ildə Ernest Heminqueyin alman aktrisa Marlin Ditrix üçün yazdığı "Hər dəfə səni qucqlayanda özümü evdəki kimi hiss edirəm" ifadəsi bir çox yazarlara ilham mənbəyi olub. Məktub dünyanın dördüncü ən gözəl sevgi məktubu sayılır.

Beşinci yerdə fransız monarx Napoleon Bonapartın 1796-cı ildə Jozefinaya yazdığı məktub qərarlaşıb. Bu məktub daha çox seksual xarakterlidir. “Yuyunma gəlirəm” yazılmış o məktub həm də ən məşhur məktubdur.

Altıncı yerdə gələn məktub - ABŞ prezidenti Ronald Reyqan həyat yoldaşı Nensi Reyqana yazdığı məktublar əsasında  sabiq birinci xanım “Mən səni sevirəm, Ronni” adlı kitab dərc etdirib.  Reyqanın ən məşhur məktubunda müqəddəs Valentinə xitab edilir: “Əziz Müqəddəs Valentin, mən sizə gözəl və gənc bir qadın haqqında yazıram... Sizdən bir xahişim var, amma əvvəlcə kimdən danışdığımızı başa düşməlisiniz. Birincisi, onun iki ürəyi var - özünün və mənim. Və heç nəyə peşman deyiləm. Ürəyimi ona könüllü verdim və harada olduğunu bəyənirəm... Onun adı Nensidir... İndi isə xahişim: qulağına pıçıldaya bilərsən ki, onu çox sevən biri var - və getdikcə daha çox. Ona deyin ki, bu kimsə onsuz yaşaya bilməz və buna görə də o, olduğu yerdə qalmalıdır. Ona da deyin ki, əgər onun kim olduğunu bilmək istəyirsə, başını sola çevirməsi kifayətdir”. 

Yeddinci yerdə gələn məktub - İki ulduz aktyor Ricard Burton və Elizabet Taylor arasındakı romantika 1962-ci ildə “Kleopatra” filminin çəkiliş meydançasında başlayıb. Barton və Taylor iki dəfə evlənib boşanıblar. 1964-cü ildə ilk evlilikləri zamanı Riçardın Taylora yazdığı məktub Bartonun aktrisanı necə ehtirasla sevdiyini göstərir:

“Siz görmədən gözüm kor olur. Siz, əlbəttə ki, həmişə nə qədər fantastik dərəcədə gözəl olduğunuzu, gözəlliyiniz nə qədər təhlükəli olduğunu dərk etmirsiniz.

Səkkizinci yerdə gələn məktub - İngilis təbiətşünası və səyyahı Çarlz Darvin əmisi qızı Emmaya 1839-cu ildə toylarından bir neçə gün əvvəl belə bir məktub yazıb: “Əziz Emma, səmimi qəlbdən dua edirəm ki, heç vaxt peşman olmayasan və bunun üçün hər şeyi edəcəyəm. Mənim əziz gələcək həyat yoldaşım, Allah səni qorusun!

Doqquzuncu yerdə gələn məktub İki məşhur rəssam Dieqo Rivera rəssam Frida Kahlo arasındakı sevgi də dillər əzbəridir. Rivera  Fridadan 20 yaş böyük idi. Böyük yaş fərqi Kahlonu narahat etmədi, o, sevgilisini "böyük uşağı" adlandırdı. Kahlo ona xəyanət etsə də, Riveranı sevirdi. Bir gün o demişdi:

“Həyatımda iki ciddi qəza yaşadım: birində tramvay məni yıxdı, digərində Dieqo”

Kahlonun 1940-cı ildə Riverə göndərdiyi məktubdan:

Dieqo, sevgilim. Unutmayın, siz divar rəsmlərini bitirdikdən sonra biz əbədi olaraq birlikdə olacağıq - heç bir mübahisə və ya heç bir şey, sadəcə bir-birimizi sevmək üçün.  28 may 1856-cı ildə yazıçı Lev Nikolayeviç Tolstoy Yasnaya Polyanaya səyahət edir. Tolstoy qarşısına təcili bir vəzifə qoyur - evlilik. Hədəf isə istefada olan mühafizəçi leytenant Vladimir Arsenyevin qızı Valeriyadır. Ona belə yazır:

Onuncu yerdə gələn məktub - “Mən səndəki gözəlliyini artıq sevirəm, amma səndə əbədi deyilən şeyi - sənin hərarətini, ruhunu yenicə sevməyə başlayıram. İnsan bir saat ərzində gözəlliyi tanıyıb sevə bilər və onu sevməyi ən qısa zamanda dayandıra bilər, amma ruhu ömürlük sevirəm”.   Bu məktuba baxmayaraq, onlar evlənə bilmədilər.Tolstoy 34 yaşında 18 yaşlı Sofya Andreyevna ilə evləndi.

Yazıçı Viktor Hüqo aktrisa Juliette Drouetə belə yazırdı.

“Mən səni sevdiyim üçün sevirəm, çünki səni sevməmək mümkün deyil. Mən sənə sualsız, hesabsız, səbəbsiz, bütün qəlbimlə, canımla pərəstiş edirəm”. 

Sevgi məktubları ilə  yadda qalan digər adlar isə Riçard Burton, İngiltərə kralı VIII Henrix, məşhur musiqiçi Bethoven, ABŞ-ın keçmiş prezidenti Cerald Ford və məşhur musiqiçi Cimmi Hendrix olub.

 

Xəbər lenti