IMG-LOGO

Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başladı -FOTOLENT -YENİLƏNİB

06.07.2024 12:47 78 baxış
IMG

Xəbərə foto əlavə edilib.

 

 

***

12:18

 

Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb.

Lent.az-ın xəbərinə görə, qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Vitse-prezidenti Cövdət Yılmaz, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, o cümlədən təşkilatda müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Macarıstan Respublikasının Baş naziri Viktor Orbaniştirak edirlər.

Zirvə görüşü “Nəqliyyat əlaqəsi və iqlim dəyişikliyi ilə mübarizə vasitəsilə davamlı gələcək qurmaq” mövzusuna həsr edilib.

Xəbər lenti