IMG-LOGO

Fransa millisinin ulduz futbolçusu təcili İsveçə getdi – SƏBƏB

29 Jun 2024 16:10 133 baxış
IMG

Kinqsli Koman təcili olaraq sevgilisinin yaşadığı İsveçə getməli olub.

Fransa yığması Avropa çempionatında 1/8 finala yüksəlib. Onun növbəti rəqibi Belçika olacaq. Qarşılaşma iyulun 1-nə təyin edilib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Kinqsli Komanın həmin qarşılaşmada oynayıb-oynamayacağı hələlik məlum deyil. 

"Bavariya"nın futbolçusunun yoxluğunun səbəbi sevindiricidir. Fransa təmsilçisinin xanımı tezliklə dördüncü övladını dünyaya gətirəcək.

28 yaşlı futbolçu "qırmızı şeytanlar"a qarşı oynamaq üçün vaxtında qayıtmağı hədəfləyir.

Koman indiyədək Avropa çempionatının bir oyununda iştirak edib. O, Hollandiya ilə görüşdə 15 dəqiqə meydanda olub (0:0).

Mənbə: lent.az

Xəbər lenti